image-n1karobka_ads
image-123
image-67b30677ae5ac966f90dd247backend

Fransız siyasətçisi Filippot Aİ liderlərinin görüşünü “müharibə sammiti” adlandırıb

image-ad_qayo_720x110px

Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot Avropa liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşünün “müharibə sammiti” olacağına inanır.

O, bu barədə TASS-a müsahibəsində danışıb.

Siyasətçinin fikrincə, Aİ Ukrayna münaqişəsini saxlamaq məntiqinə əməl edir və sülh danışıqlarına mane olur.

“Adətən münaqişələrin həlli üçün sülh sammitləri təşkil edilir. “Biz burada həll şansı yaranmış münaqişənin sona çatmasının qarşısını almaq üçün “müharibə sammitindən” danışırıq”, – deyə Filippo bildirib.

O, həmçinin qeyd edib ki, Fransa bu cür görüşlər təşkil etmək əvəzinə sülhü təşviq etməlidir.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib ki, Parisdə keçirilən sammitin iştirakçıları Ukrayna üzrə sülh danışıqlarını pozmaq istəyirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki