image-2000x150px
image-123
image-ads_atlas
image-1660206237_untitled-1backend

Gədəbəyin yeni icra başçısı indiyədək hansı vəzifədə işləyib? (FOTOLAR)

image-728x90px

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Gədəbəyə icra başçısı təyin edib. Dövlət başçısının sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Doğru.Az xəbər verir ki, Orxan Mürsəlov bu təyinatadək Prezident Administrasiyasında çalışıb. O, Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun baş məsləhətçisi vəzifəsini tutub.

O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin son başçısı İbrahim Mustafayev idi. 28 avqust 2018-ci ildə bu vəzifəyə təyin olunan İbrahim Mustafayev Prezidentin 5 oktyabr 2021-ci ildə imzaladığı sərəncamla işdən azad edilmişdi.

image-1660206235_1-2 image-1660206265_img_64632 image-1660206272_img_6482 image-1660206239_orrrr

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki