image-n1karobka_ads
image-123
image-6810e3b202e8bd43bc7f95fbbackend

Gimnastika üzrə mütləq Rusiya çempionu Borisova bitərəf statusu təsdiqləyib

Beynəlxalq Gimnastika Federasiyası (FIG) bədii gimnastika üzrə Rusiyanın mütləq çempionu Mariya Borisovaya neytral status verib.

Bu barədə RİA Novosti quruma istinadən xəbər verir.

Daha on gimnast üçün statuslar da təsdiqlənib.

Xatırladaq ki, FIG 2024-cü il yanvarın 1-dən Rusiya və Belarusdan olan gimnastların neytral statusda beynəlxalq yarışlarda iştiraka buraxıldığını elan edib.

Aprelin 5-də məlum olub ki, rusiyalı gimnastlar neytral statusda beynəlxalq yarışlarda iştirakdan imtina etdiklərini bəyan ediblər.

Bundan əvvəl Rusiya Gimnastika Federasiyası məlumat vermişdi ki, Rusiya gimnastlarının Universiadada iştirakı hələ mümkün deyil.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki