image-n1karobka_ads
image-123
image-ur6g42ui0ikzyegob89sluwtfxxpzatzss5fnxck_1200backend

Goranboyda silah-sursat aşkarlanıb – FOTO

image-ad_qayo_720x110px

Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə ədəd 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 60 ədəd 7.62 kalibrli patron və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.

Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir”, – deyə qurumdan bildirilib.

DOĞRU.AZ

image-umr5daotknl4cfwoj0nvhxznjhhmhxiusdf0kqzp_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki