image-n1karobka_ads
image-123
image-fotojet-17backend

Göyçayda ağır qəza: Ölən şəxslərin adları açıqlandı

Göyçayda ağır avtomobil qəzası baş verib, ölənlər və yaralanan var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Doğru.az-a bildirilib ki, Göyçay rayonunun Müskürlü kəndi ərazisində KIA markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlülər – Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər. Digər bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki