image-n1karobka_ads
image-123
image-1735541010336969136_1200x630backend

Göyçayda saxlanılan narkokuryerlərdən 8 kiloqramdan artıq marixuana götürülüb – FOTO

image-ad_qayo_720x110px

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı və Tural Niftəliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Doğru.az-a verilən məlumata görə, onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər.

Keçirilən digər əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər- Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17355410105450261403_1200x630 image-1735541010550722115_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki