Pulitzer mükafatlı fotoqraf Doug Mills CNN-ə müsahibəsində sui-qəsd zamanı keçmiş ABŞ prezidentinin qulağına yaxın uçan güllənin fotosunu necə çəkdiyini deyib.
Fotoqrafın sözlərinə görə, hadisə baş verən zaman o, bu şəkli çəkə bildiyini hələ bilmirdi.
Fotoqraf əvvəlcə tapança atışlarını motosikletin və ya hansısa avtomobilin səsi ilə səhv saldığını və çəkilişlərə davam etdiyini bildirib.
Lakin Tramp aşağı düşəndən sonra Mills prezidentin güllələndiyini anladı. O, qışqırıqları və qadınların ağladığını eşitdi.
Bundan əvvəl Tramp Pensilvaniyada seçki kampaniyası mitinqində çıxışı zamanı ona qarşı sui-qəsd cəhdini şərh edərkən onun ölməli olduğunu bildirmişdi.
Mənbə RİA Novosti