image-n1karobka_ads
image-123
image-696da3c102e8bd3c772133adbackend

Günəş partlayışı Yerə təsir edəcək – XƏBƏRDARLIQ

image-add-a-heading

Çərşənbə axşamı, yanvarın 20-də güclü Günəş partlayışı səbəbindən Yer kürəsində G3 və ya G4 səviyyəli maqnit fırtınasının baş verəcəyi gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumatda qeyd olunub ki, maqnit fırtınasının məhz çərşənbə axşamı Yerə yaxınlaşacağı proqnozlaşdırılır. Gözlənilən fırtınanın gücü G3/G4 səviyyəsində qiymətləndirilir. Həmçinin bildirilib ki, qütb parıltısının (aurora) müşahidə oluna biləcəyi zonanın aşağı sərhədi 50 dərəcəyədək enə bilər.

Qeyd edək ki, daha əvvəl laboratoriya 2026-cı ilin üçüncü maqnit fırtınasının artıq Yer kürəsində başladığını açıqlamışdı. Maqnit fırtınaları bəzi hallarda rabitə sistemlərinə, naviqasiyaya və insanların səhhətinə təsir göstərə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki