Gürcüstanın Avropa Şurasından kənarda qalması Avropa dövlətlərinin respublikanı Aİ kursuna yönəltmək cəhdi kimi qiymətləndirilir. Bu barədə politoloq Nino Skvortsova RİA Novosti-yə bildirib.
Doğru.az xəbər verir ki, Skvortsova vurğulayıb:
“Aİ-yə inteqrasiyanı 2028-ci ilə qədər dayandırmış Tbilisi üçün avropalı bürokratların hökumətə təzyiq göstərmək və müxalifəti dəstəkləmək cəhdləri qeyri-dost və qeyri-konstruktivdir”.
Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını respublikanı Rusiya ilə münasibətləri gərginləşdirməyə inandırmaq cəhdlərindən əl çəkməyə çağırıb. Baş nazir İrakli Kobaxidze isə hesab edir ki, Aİ ölkələri 2022-ci ildə Gürcüstanın Rusiyaya qarşı münaqişəyə qoşulmamaq qərarından sonra təzyiqlərə başlayıb.
DOĞRU.AZ