Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv edilməsinin mümkünlüyünü etiraf edib, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
O vurğulayıb ki, Zurabivşili vəzifəsinin qorunub saxlanmasına görə şəxsən Saakaşviliyə və Milli Hərəkata borcludur.
“Siz gürcü xalqının əhval-ruhiyyəsini, Konstitusiya Məhkəməsinin və parlamentin onun impiçmenti ilə bağlı qərarını gördünüz. Təbii ki, bütün bunların əfvlə bağlı öz öhdəlikləri var və əminəm ki, onun belə planları olacaq”, – TASS Papuaşvilidən sitat gətirir.
Bundan əvvəl Papuaşvili 2008-ci ildə Cənubi Osetiyada baş vermiş hərbi münaqişənin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin siyasi cinayəti olduğu fikrini bildirmişdi.
Gürcüstan prezidenti qeyd edib ki, Saakaşvilini əfv etmək qərarı Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir, ona görə də heç kim ona təsir edə bilməyəcək.
Mənbə TASS