image-n1karobka_ads
image-123
image-68b55d74ae5ac92bac167d39backend

Gürcüstan prezidenti Trampa açıq məktub yazdı

image-ad_qayo_720x110px

Gürcüstan prezidenti Mixail Kavelaşvili Amerika lideri Donald Trampa ünvanladığı açıq məktubda bildirib ki, Vaşinqton Tbilisiyə kifayət qədər diqqət yetirmir.

Doğru.az xəbər verir ki, Kavelaşvili məktubunda vurğulayıb: “Bir daha təəssüflə qeyd etmək lazımdır ki, sizin administrasiyanız Gürcüstana lazımi diqqət yetirmir. Bu, hökumətlər arasında dəyərlərin tam uyğunluğunu nəzərə alaraq, Gürcüstan cəmiyyətini təəccübləndirir”, – deyə RİA Novosti onun sözlərindən sitat gətirir.

Prezidentin sözlərinə görə, Gürcüstan hakimiyyəti dəfələrlə ABŞ-la münasibətlərin və strateji tərəfdaşlığın bərpasını xarici siyasətin əsas prioritetlərindən biri kimi dəyərləndirib.

Xatırladaq ki, bundan öncə hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze bəyan etmişdi ki, Qərb Rusiyaya qarşı “ikinci cəbhə” açılacağı halda Tbilisini silahla təmin edəcəyinə söz verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki