image-n1karobka_ads
image-123
image-68304f9a02e8bd6ec20f8914backend

Gürcüstan Rusiya və Belarus vətəndaşlarına avtomobil ixracını tamamilə qadağan edib

Gürcüstan Rusiya və Belarus vətəndaşlarına ölkədən minik avtomobilləri və xüsusi texnika ixracını tamamilə qadağan edib.

Bu barədə TASS-a Gürcüstan Daxili İşlər Nazirliyinin xidmət agentliyi məlumat verib.

Qeyd olunur ki, qadağa mayın 15-dən qüvvədədir.

“Gürcüstan ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara, xüsusən də Belarus və Rusiya vətəndaşlarına avtomobillərin Gürcüstandan üçüncü ölkələrə reeksport edilməsinə qadağa qoyulan 11-ci sanksiyalar paketinə əməl edir”, – deyə agentlikdən bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi vurğuladı ki, tədbirlər digər xarici ölkələrin vətəndaşları tərəfindən avtomobillərin təkrar ixracına şamil edilmir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki