image-n1karobka_ads
image-123
image-685fc663ae5ac96854612b00backend

Gürcüstanda iki müxalifətçi hakimiyyətə etiraz olaraq aclıq aksiyası elan edib

Gürcüstanın müxalifət partiyası “Droa”nın lideri Yelena Xoştariya və “Axali” partiyasının üzvü Gedevan Popxadze hazırkı hakimiyyətə etiraz olaraq aclıq aksiyası elan ediblər.

Xoştariyanın TASS-a istinadən verdiyi məlumata görə, Gürcüstanda demək olar ki, bütün siyasətçilər saxlanıldıqdan sonra o, mübarizənin yeni formasını elan etmək qərarına gəlib.

“Bu, emosional və ya şüursuz deyil. Bu, qələbəyə hesablanmış döyüşdür”, – Xoştariya deyib.

Qeyd olunur ki, o, Tbilisidə parlament binası yaxınlığında çadır qurub və orada gecələməyi planlaşdırır. Ona qoşulan Popxadze də aclıq aksiyası ilə hökumətə qarşı mübarizə apardığını bildirib.

Bundan əvvəl məlumat verilmişdi ki, Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvini nəzərdə tutan düzəlişləri qəbul edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki