image-n1karobka_ads
image-123
image-2023-03-09t184010z_825058399_rc2iqz9jfjgq_rtrmadp_3_georgia-politics-foreignagents-pic_32ratio_1200x800-1200x800-30139backend

Gürcüstanda LGBT təbliğatına dair qanun layihəsi təqdim ediləcək

Gürcüstan parlamentinin “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatları LGBT təbliğatına qarşı qanun layihəsini təqdim etməyə hazırlaşır.

Bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze Pirveli telekanalına müsahibəsində bildirib.

Siyasətçi LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini vurğulayıb.

“Biz BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini və dost və tərəfdaş ölkələrin vergi ödəyicilərindən gələn vəsaitlərin hara getdiyini aydınlaşdırmağa çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”, – Mdinaradze bildirib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki