image-n1karobka_ads
image-123
image-686d08bcae5ac919f26868b9backend

Həkim Fileva: İsti havalarda bu paltarlardan uzaq durun

İsti yay günlərində düzgün geyim seçimi sağlamlıq baxımından olduqca vacibdir. “Gemotest” laboratoriyasının həkimi və eksperti Aleksandra Fileva RT-yə verdiyi müsahibədə isti havada hansı paltarlardan qaçmağın vacib olduğunu açıqlayıb.

Doğru.az xəbər verir ki, mütəxəssis ilk növbədə sintetik parçalardan – polyester, neylon, akril kimi materiallardan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu parçalardan hazırlanan paltarlar tərin buxarlanmasına imkan vermir, dəridə istixana effekti yaradır və bu da qıcıqlanma, səpgilər və bakterial iltihab riskini artırır.

“Sıx geyimlər də isti hava üçün uyğun deyil”, – deyən Fileva dar cins şalvar, qamaş və yapışan köynəklərdən çəkinməyi tövsiyə edib. Xüsusilə qoltuqaltı, bel və qasıq nahiyəsində dərinin həssas olduğunu vurğulayan həkim, bu sahələrdə sintetik geyimlərin daha çox problem yaratdığını bildirib.

O, həmçinin tünd, xüsusilə də qara rəngli geyimlərin günəş şüalarını daha çox udaraq bədənin daha tez qızmasına səbəb olduğunu qeyd edib. Mütəxəssisin tövsiyəsinə görə, isti havada açıq çalarlarda, geniş və nəfəs alan təbii materiallardan hazırlanmış paltarlar geyinmək daha məqsədəuyğundur.

Əgər insan günəş altında uzun müddət qalırsa, həkim onun üçün uzunqollu, boş və ultrabənövşəyi şüalardan qoruyan parçalardan tikilmiş geyimlər geyinməyi məsləhət görür. Belə paltarlar həm dərini günəşdən qoruyur, həm də istiliyi daha tez buraxaraq bədənin rahatlamasına şərait yaradır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki