RT-yə açıqlamasında Gemotest laboratoriyasının həkimi və eksperti Yekaterina Kaşux isti havalarda düzgün maye qəbulu və çox soyuq içkilərin zərərləri barədə danışıb.
Doğru.az xəbər verir ki, həkim bildirib ki, isti havada bədən normaldan daha çox maye itirir, bu da susuzluq, istilik vuruşu kimi ciddi problemlərə yol aça bilər. Ona görə də müntəzəm və kiçik porsiyalarla, təxminən hər 20-30 dəqiqədən bir 100-150 ml su içmək vacibdir. Bu, ürək və qan damarlarına gərginlik yaratmadan maye-duz balansını qorumağa kömək edir.
Kaşuxun sözlərinə görə, yay istisində susuzluğu yatırmaq üçün ən ideal seçim qazsız, otaq temperaturunda və ya bir qədər sərin su içməkdir. Çox soyuq içkilər isə isti havada boğaz ağrısına səbəb ola bilər.
Həkim həmçinin vurğulayıb ki, qazlı və şirin içkilər susuzluğu artırır və su balansını bərpa etmir, alkoqol isə maye itkisinin sürətlənməsinə və ürək fəaliyyətinin artmasına gətirib çıxarır, buna görə isti havada xüsusilə təhlükəlidir.
DOĞRU.AZ