Fələstinin HƏMAS hərəkatı İsraillə danışıqların davam etdirilməsi üçün ilkin şərt irəli sürüb.
Doğru.az xəbər verir ki, “Jerusalem Post” qəzetinin məlumatına görə, HƏMAS yüzlərlə yardım maşınının Qəzza zolağına buraxılmasını tələb edir.
Məqalədə qeyd olunur ki, hərəkatın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları, əgər İsrail daimi əsasda humanitar dəhlizlər açarsa və “bütün növ hava nəqliyyatını” dayandırarsa, girovların yerləşdiyi ərazilərə Qırmızı Xaç vasitəsilə yardımın çatdırılmasına icazə verməyə hazır olduqlarını bəyan edib.
Bu arada “Axios” jurnalisti Barak Ravid bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-la danışıqlarda irəliləyiş əldə edə bilmədiyi üçün Qəzza zolağında əməliyyatları genişləndirməyə çalışır.
Qeyd edək ki, daha əvvəl Qəzza zolağında kəskin ərzaq çatışmazlığının yarandığı açıqlanmışdı.
DOĞRU.AZ