image-n1karobka_ads
image-123
image-haniyeyi-hemasbackend

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb

image-ad_qayo_720x110px

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehrandakı iqamətgahına edilən hücumda öldürülüb.

Mehr agentliyinin İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən verdiyi məlumata görə, Haniyyə ilə birlikdə onun mühafizəçilərindən biri də öldürülüb.

Mesajda başqa təfərrüatlar göstərilmir.

Aprel ayında Qəzza zolağının mərkəzi hissəsində hava hücumu nəticəsində Haniyyənin üç oğlunun öldürüldüyü məlum olub.

Mənbə Mehr

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki