2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə komando hazırlığı üzrə məşğələlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, məşğələlər zamanı kursantlara mühəndis kəşfiyyatı üsullarının aparılması qaydaları öyrədilir, eləcə də onların fərdi hazırlığı və döyüş vərdişlərinin təkmiləşdirilməsi məqsədilə praktiki çalışmalar yerinə yetirilir.
Hərbi institutun kursantları qarşıya qoyulan tapşırıqların icrası zamanı fəallıq nümayiş etdirirlər.
DOĞRU.AZ