image-n1karobka_ads
image-123
image-17240595266441953004_1200x630backend

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Zəngilanda birgə tədbir keçirib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Zəngilan rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçiriblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz, unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

General-mayor Azad Abdullayev, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Fərəc Sayılov, Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov, eləcə də digər şəxslər çıxış edərək istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandıran nəhəng tarixi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə, dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan söz açıblar.

Sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən söz açan tədbir iştirakçıları ətraf mühitin daha da sağlamlaşdırılmasının və etibarlı qorunmasının əhəmiyyətini vurğulayıblar.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində, həmçinin hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

Sonda iştirakçılar tərəfindən ağaclar əkilib.

DOĞRU.AZ

image-17240595262165018185_1200x630 image-17240595265211830374_1200x630 image-1724059526410198464_1200x630 image-172405952652666384_1200x630 image-1724059526308741733_1200x630 image-17240595264398855349_1200x630 image-17240595262672440360_1200x630 image-172405952637465291_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki