image-2000x150px
image-123
image-ads_atlas
image-171981596240830216_1200x630backend

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub – FOTO

image-728x90px

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb fakültəsində Hərbi feldşer işi ixtisası üzrə təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, tədbirdə nazirliyin nümayəndələri, Milli Müdafiə Universitetinin və fakültənin rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi Tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov Azərbaycan Ordusunda hərbi tibb sahəsində görülən işlərdən və yeniliklərdən söz açaraq gənc feldşerlərə xidmət edəcəkləri hərbi hissələrdə bu yenilikləri tətbiq etmələrinin vacibliyini vurğulayıb.

Sonra Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov mərasimdə çıxış edərək məzunları təbrik edib, onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Rektor bildirib ki, Azərbaycan Ordusu üçün müasir tibb elminin tələblərinə cavab verən hərbi kadrların hazırlanması da ordumuzun səhiyyə sahəsində görülən işlərin bariz nümunəsidir.

Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov da məzunları təbrik edib, Azərbaycanın gələcəyi, Ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da artırılması naminə xidmətlərində uğurlar arzulayıb.

Rəsmi hissə yekunlaşdıqdan sonra fakültənin kursant heyətinin ifa etdiyi fakültə marşı və vətənpərvərliyi tərənnüm edən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda yüksək nizam-intizamına və təhsildə fərqləndiyinə görə bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

DOĞRU.AZ

image-17198159626319239508_1200x630 image-17198159623342052382_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki