image-2000x150px
image-123
image-ads_atlas
image-mobilisation-inegale-du-patronat-sur-le-pacte-de-responsabilitebackend

Heydər Əliyev Sarayında yüksək vəzifəli şəxs işdən çıxdı – FOTO

image-728x90px

Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

O, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, hazırkı mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, – deyə F.Mirzəyev bildirib.

Qeyd edək ki, F.Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki