Bakı məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı qərarı təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük iztirablar yaşatmış təxminən 30 illik münaqişənin rəmzi və məntiqi yekunu kimi qiymətləndirilir.
Doğru.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, qəbul edilən qərar uzun illər davam edən prosesin nəticəsi olaraq ədalətin təmin olunmasına xidmət edir.
DOĞRU.AZ

























