image-n1karobka_ads
image-123
image-66c8335cae5ac94c1b3b3d4bbackend

Hindistanın baş naziri Modi Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya gəlib

image-ad_qayo_720x110px

Hindistanın baş naziri Narendra Modi Ukraynaya səfər edib və Kiyevdə Vladimir Zelenski ilə görüşü gözlənilir. Modini səfərdə xarici işlər naziri Subrahmanyam Caishankar və milli təhlükəsizlik müşaviri müşayiət edir.

Bu, Modinin 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra Ukraynaya ilk səfəridir. Hindistanın baş naziri Moskvaya səfərindən təxminən altı həftə sonra bunu edir, NDTV kanalı xatırladır.

Modi Zelenski ilə təkbətək danışıqlar aparacaq, bundan sonra nümayəndə heyəti səviyyəsində görüş başlayacaq. Ukrayna münaqişəsinin həlli yollarına xüsusi diqqət yetiriləcək.

Bloomberg daha əvvəl yazmışdı ki, Narendra Modinin guya Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında mesajların ötürülməsinə razılıq verib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki