İranın niyyətindən asılı olmayaraq, Hizbullah yaxın günlərdə İsraili vura bilər.
Doğru.az xəbər verir ki, bu barədə CNN kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Livan şiə hərəkatı İsrailə hücum hazırlamaqda İrandan daha da irəliləyib, ona görə də yaxın günlərdə hücuma keçə biləcək.
Bundan əvvəl Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah İran və Suriya və İsrail arasında toqquşmaya ehtiyac olmadığını bildirib.
Eyni zamanda İran Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının hərəkətsizliyi səbəbindən İsrailə cavab vermək məcburiyyətində qaldıqlarını bəyan edib.
DOĞRU.AZ