Hörmüz boğazında naməlum silahla vurulan ticarət gəmisi alov içində qalıb.
Doğru.az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Ofisi məlumat yayıb. Bildirilib ki, hadisə Hörmüz boğazı yaxınlığında baş verib.
Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, insident Oman sahillərindən 11 dəniz mili şimalda qeydə alınıb. Birbaşa zərbə nəticəsində yük gəmisinin göyərtəsində güclü yanğın başlayıb.
Departamentin məlumatında qeyd olunub ki, yük gəmisinə naməlum mərmi atıldığı ehtimal edilir.
Vəziyyətin kritik olması səbəbindən gəmi heyəti təcili yardım istəyib və hazırda gəmidə olan bütün şəxslərin təxliyəsi həyata keçirilir.
DOĞRU.AZ


























