31 oktyabr 2025-ci il tarixində Park Cinemanın Flame Towers filialında Azərbaycanın ilk tarixi komediyası olan “Hozu Xan” filminin Qala Gecəsi baş tutub.
Doğru.az xəbər verir ki, tədbirdə rejissorlar, aktyorlar, tanınmış blogerlər, modellər, inflyuenserlər və digər mədəniyyət sahəsi üzrə yaradıcı şəxslər iştirak ediblər.
Yaradıcılar bildiriblər ki, “Hozu Xan” filmi öz keyfiyyəti ilə yeni bir trendə yol açacaq və Azərbaycanda tarixi komediyaların artmasına böyük töhfə verəcək. Film tamaşaçılar tərəfindən müsbət və pozitiv qarşılanıb.
Qeyd edək ki, “Hozu Xan” filmi hal-hazırda Park Cinemada nümayiş olunur.
Biletlər:
https://new.parkcinema.az/az/movie/68f60a6f5b3a3f778f5f1726
DOĞRU.AZ





























