Doğru.az xəbər verir ki, Qırmızı dənizdə batan Yunanıstana məxsus “Eternity C” yük gəmisinin ekipaj üzvləri Yəməndəki Ənsar Allah (Husi) hərəkatının tərəfdarları tərəfindən qaçırılıb.
Bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, hücum zamanı husilər bir neçə dənizçini öldürüb, sağ qalanların isə çoxunu girov götürüblər.
TASS-ın yaydığı açıqlamada deyilir: “Biz onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik”.
Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi Eternity C gəmisinin husilərin hücumu nəticəsində Qırmızı dənizdə batdığını məlumatlandırmışdı.
DOĞRU.AZ