Yəmən husiləri İsrailin Ben Qurion hava limanına növbəti raket hücumu barədə məlumat veriblər.
“Raket Qüvvələri hipersəs ballistik raketdən istifadə etməklə Lod (Ben Qurion) hava limanına zərbə endirmək üçün yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirib”, – hərəkatın silahlı qüvvələri öz Telegram kanalında bildiriblər.
Al Masirah telekanalının məlumatına görə , məqsədlərə uğurla nail olunub – milyonlarla vətəndaş bomba sığınacaqlarına sığınmağa məcbur olub.
Yəmən husiləri də mayın 22-də Ben Quriona hücum ediblər.
DOĞRU.AZ