image-2000x150px
image-123
image-ads_atlas
image-832ea084-ec78-3e73-a3a9-214b0d46aa42_850backend

I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün təxminən 100 milyon manat ayrılıb

image-728x90px

“Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə verildiyi diqqət və qayğının növbəti təzahürüdür”.

Bunu “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Hökumət rəsmisi qeyd edib ki, bu məqsədlə 2022-ci ilin dövlət büdcəsində təxminən 100 milyon manat vəsait ayrılıb: “Məsələ ilə bağlı bu gün Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyində keçiriləcək mətbuat konfransında ictimaiyyətə geniş məlumat veriləcək”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki