image-n1karobka_ads
image-123
image-67b3240dae5ac9674d266db0backend

İDF Livanda HƏMAS-ın Hərbi Qanadı komandirinin öldürüldüyünü bildirib

image-ad_qayo_720x110px

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Səidə şəhəri yaxınlığında HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Şahini öldürüblər.

“Bir müddət əvvəl, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində… İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Səidə bölgəsində terrorçu Məhəmməd Şahinə hücum edərək onu məhv ediblər”, – Telegram kanalında deyilir.

İsrailin məlumatına görə, Şahin HƏMAS-ın Livandakı əməliyyatlar departamentinin rəhbəri vəzifəsində çalışıb.

Bundan əvvəl Qəzza zolağının Daxili İşlər Nazirliyi Fələstinin HƏMAS təhlükəsizlik qüvvələrinin 3 əməkdaşının İsrailin pilotsuz uçan aparatının zərbəsi nəticəsində həlak olduğunu bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki