Krasnodar diyarının Kavkaz limanında PUA-nın gəmiyə hücumu nəticəsində 5 nəfər yaralanıb.
Bu barədə TASS-a Kubanın əməliyyat xidmətlərindən məlumat verilib.
Onların hamısının Rusiya vətəndaşları olduğu qeyd edilir.
Daha əvvəl Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin Kubandakı Kavkaz limanında bərəyə hücumu nəticəsində bir nəfər ölüb.
DOĞRU.AZ