image-n1karobka_ads
image-123
image-17214974083967230236_1200x630backend

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib – FOTO

image-ad_qayo_720x110px

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın açıq səması altında təşkil edilən ziyafətdə Azərbaycan milli mahnıları və rəqsləri ifa olunub, qonaqlar milli mətbəximizin ləziz təamlarından dadıblar. “Yallı” rəqsinin ifası isə bir daha xalqımızın həmrəyliyini, birliyini, sülhsevərliyini nümayiş etdirib. Milli mahnı və rəqslərimiz iştirakçılarda xoş ovqat oyadıb.

Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Forum iyulun 22-dək davam edəcək.

DOĞRU.AZ

image-172149740829828343_1200x630 image-17215075603879724370_1200x630 image-17215075604974956862_1200x630 image-1721507560704844018_1200x630 image-17215075603092651392_1200x630 image-17215075601668742391_1200x630 image-17215075602377462726_1200x630 image-172150756038413809_1200x630 image-17215075603792948440_1200x630 image-17215075602331524744_1200x630 image-17215075605281547488_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki