image-2000x150px
image-123
image-ads_atlas
image-2in1-2021new-pic_32ratio_900x600-900x600-23301backend

İlk fotolarda unikal ekrana malik qatlana bilən Honor smartfonu görünüb

image-728x90px

Honor-dan yeni qatlanan smartfonun – Magic V Flip-in ilk real fotoları ortaya çıxdı. Bu barədə GizmoChina məlumat yayıb.

Məlumata görə, cihazın yaxın iki həftə ərzində elan ediləcəyi gözlənilir və telefonun əsas xüsusiyyəti onun böyük xarici ekranı olacaq ki, bu da əvvəllər buraxılmış bütün qatlanan qurğular arasında ən böyüyüdür.

Fotolardan görünür ki, Honor Magic V Flip kiçik ölçülü və daxili ön kamerası olan böyük xarici displeyə malikdir. Telefonun aşağı hissəsində Honor loqotipini görə bilərsiniz.

Təchizat zəncirindəki mənbələrə görə, şirkət iki ildir ki, bu cihaz üzərində işləyir. Bağlandıqda qalınlığı 15 mm olacaq. Müqayisə üçün qeyd edək ki, bu ilin fevralında buraxılan Huawei Pocket 2 qapalı halda 15,3 mm qalınlığa malikdir.

Həmçinin məlum oldu ki, LRA-AN00 kataloq nömrəli Honor Magic V Flip bu yaxınlarda 3C sertifikatından keçib və bu, cihazın 66 Vt sürətli enerji doldurmanı dəstəklədiyini təsdiqləyib.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki