Amerikalı iş adamı İlon Maskın 12 fut (təxminən 3,6 metr) hündürlüyündə nəhəng baş heykəli ABŞ-ın bir neçə milli parkında görünüb. Heykəl vətənpərvər ulduzlar və “Amerikanı yenidən gözləyin” sözləri ilə bəzədilib.
Doğru.az xəbər verir ki, “Fox News”un məlumatına görə, bu heykəl Arches, Yosemite və Mount Rainier milli parklarında qəfildən peyda olaraq diqqət çəkib və onlayn müzakirələrə səbəb olub.
Heykəlin yaradıcısı adının açıqlanmasını istəməyərək bildirib ki, bu, Milli Park Xidmətindəki ixtisarlar və büdcə azaldılmalarına diqqət çəkmək məqsədilə qismən etiraz, qismən isə performans sənətidir.
Qeyd edək ki, bundan əvvəl Moskvadakı Qaqarin abidəsi mədəni irs obyektləri siyahısına daxil edilib.
DOĞRU.AZ