Dövlət İmtahan Mərkəzi (DİM) imtahan prosesinin bütün mərhələlərində şəffaflıq və bərabərliyin təmin olunması üçün sistemli və obyektiv nəzarət həyata keçirir. Bütün iştirakçılar bərabər şərtlərdə imtahanlarda iştirak edir, qayda pozuntularının qarşısı alınır və hüquqi tədbirlər görülür.
Doğru.az xəbər verir ki, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında bəzi abituriyentlərin cavabları şübhə yaratdığından xüsusi araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində gizli texniki vasitələrdən istifadə edən şəxslər aşkar edilib və cinayət işi üzrə tədbirlər görülüb.
DİM bildirib ki, qayda pozuntularının qarşısı alınması imtahanların təhlükəsizliyini təmin etmək və nəticələrin ədalətli açıqlanması üçün vacibdir.
Abituriyentlərin imtahan qaydalarına əməl etməsi və qadağan olunmuş vasitələrdən istifadə etməməsi tələb olunur; pozuntular aşkar edilərsə, nəticələr ləğv edilə bilər.
DOĞRU.AZ




























