İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Qani Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin xarici işlər nazirlərini toplantıya çağırıb.
Bu barədə RİA Novosti yazır.
Bundan əvvəl Financial Times xəbər vermişdi ki, ABŞ və Aİ diplomatları genişmiqyaslı regional müharibə təhlükəsinin qarşısını almaq üçün Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili danışıqlar aparır.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski HƏMAS Siyasi Bürosunun rəhbərinin öldürülməsini İranı regional qarşıdurmaya cəlb etmək üçün hazırlanmış təxribat hücumu adlandırıb.
DOĞRU.AZ