image-2000x150px
image-123
image-ads_atlas
image-2024-04-13t122142z_1227159455_rc2o57a1pvby_rtrmadp_3_israel-palestinians-shipping-uae-pic_32ratio_1200x800-1200x800-63996backend

İran Hörmüz boğazında saxlanılan gəminin heyətini azad edəcək

image-728x90px

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Hörmüz boğazında saxlanılan MSC Aries gəmisinin ekipajının sərbəst buraxılacağını bildirib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

“Gəminin ekipajının buraxılması məsələsi diqqətimizdədir. Biz artıq Tehrandakı səfirlərə konsulluq girişinin təmin edilməsini, [ekipaj üzvlərinin] azad edilməsini və sonradan köçürülməsini elan etmişik”, – Abdullahianın portuqaliyalı həmkarı Paulo Rangel ilə telefon danışığı zamanı deyib.

Aprelin 13-də İran Hörmüz boğazında MSC Aries-in ələ keçirildiyini təsdiqləyib. Bu, aprelin 1-də Dəməşqdəki İran konsulluğunun İsrail tərəfindən dağıdılmasına görə İranın ilk cavab tədbiri kimi qiymətləndirilib və bundan sonra İslam Respublikasının prezidenti İbrahim Rəisi cavab olaraq İsrailə hücum edəcəyinə söz verib. “Qoç”un ekipaj üzvlərindən birinin Rusiya vətəndaşı Timofey Kolçanov olduğu üzə çıxıb.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki