Əl-Ərəbiyyə telekanalı xəbər verir ki, İran qarşıdakı zərbələr zamanı İsrail ərazisinə 2000-ə yaxın raket atmağı planlaşdırır.
İran ordusunun İsrailə qarşı gələcək raket hücumlarının “əvvəlkilərdən 20 dəfə böyük olacağına” söz verdiyi bildirilir.
Bundan əvvəl “Nour News” agentliyi İranın “Arash” tipli kamikadze pilotsuz təyyarələrinin İsraildə bir sıra hədəfləri vurduğunu bildirib.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələri bəyan edib ki, iyunun 14-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində onlarla hədəfə , o cümlədən müdafiə sistemlərinə zərbələr endirib.
DOĞRU.AZ