image-2000x150px
image-123
image-ads_atlas
image-388a2f6fb1c2e618229e0f2e4fb13eb8backend

İran məhkəməsi qadın alveri edən qadınlar barəsində ölüm hökmü çıxarıb

image-728x90px

İranın Urmiyə şəhərinin İnqilab Məhkəməsi iki qadını – Zəhra Sadeqi və Elham Çobdarı insan alverində ittiham edərək, barələrində ölüm hökmü qərarı verib.

Bu qadınlar universitet və digər təhsil müəssisələrində oxuyan qızları aldadaraq, onları regiondakı ölkələrin birinə apararaq əxlaqsızlığa məcbur ediblər.

Məhkəmə araşdırması zamanı məlum olub ki, qadınlardan ibarət cinayətkar dəstə üzvlərinin aldatdığı qızlardan bir neçəsi intihar edib.

Nəzərə çatdıraq ki, beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq, İranda ağır cinayətlər törədən qadınlar barəsində ölüm hökmü qərarı verilir.

İran əhalisi bu kimi cinayətlərə görə məhkəmənin ölüm hökmü qərarını ədalətli hesab edir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki