image-ads_n1karobka_mobile
image-69efedba02e8bd0e7a43ce79backend

İran raket arsenalının yarısını hələ də saxlayır

ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində İranın hərbi potensialı ilə bağlı açıqlama verib.

Doğru.az xəbər verir ki, Rubio bildirib ki, İran müharibədən əvvəlki raket arsenalının təxminən yarısına hələ də sahibdir, lakin ölkə iqtisadi və hərbi baxımdan zəifləyib.

“Hazırda onların raketlərinin yarısı qalıb, nə bir zavod, nə donanma, nə də hava qüvvələri”, – deyə siyasətçi vurğulayıb.

Bundan əvvəl Financial Times yazmışdı ki, Rubio prezident seçkiləri ərəfəsində strateji üstünlüyü qorumaq məqsədilə İranla silahlı münaqişədən qəsdən uzaq qala bilər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki