İran hakimiyyəti iqtisadi sanksiyaların ləğvi müqabilində müəyyən şərtlər daxilində ABŞ-la nüvə sazişi imzalamağa hazırdır.
Bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani NBC News-a bildirib.
“O, İranın heç vaxt nüvə silahı istehsal etməyəcəyinə söz verəcəyini, silah üçün istifadə oluna bilən yüksək zənginləşdirilmiş uran ehtiyatından qurtulacağını, uranı mülki məqsədlər üçün lazım olan daha aşağı səviyyəyə qədər zənginləşdirməyə razılaşacağını və İrana qarşı bütün iqtisadi sanksiyaların dərhal ləğvi müqabilində beynəlxalq müfəttişlərin prosesi izləməsinə icazə verəcəyini bildirib”, – nəşr yazıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Tehranın nüvə sazişindən çıxacağı təqdirdə İranın neft ixracını sıfıra endirməklə hədələmişdi.
DOĞRU.AZ