İranın qərbində yerləşən Həmədan şəhərində etiraz aksiyaları zamanı dini dəyərlərə qarşı təxribat törədilib.
Doğru.az xəbər verir ki, Tasnim agentliyinin məlumatına görə, Həmədanın Sədəf rayonunda etirazçılar Qurani-Kərimi və dua kitablarını yandırıblar. Hadisə axşam saatlarında baş verib və cəmiyyətdə ciddi narazılığa səbəb olub.
Bundan əlavə, agentlik bildirir ki, təxminən 20 nəfər Bein əl-Nəhrin ərazisində yerləşən Howz Ağa məscidinə hücum etməyi planlaşdırıb. Lakin hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində bu cəhdin qarşısı alınıb.
Qeyd edək ki, bundan əvvəl İranın Ali Lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani ABŞ prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirərək, İrana qarşı hər hansı təcavüzün dərhal və sərt cavabla nəticələnəcəyini bəyan etmişdi.
DOĞRU.AZ




























