İranda “Müdafiə Şurası” adlanacaq xüsusi orqan yaradılacaq. Müvafiq qərarı İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası (MTŞ) qəbul edib.
Doğru.az xəbər verir ki, bu barədə Ali Milli Təhlükəsizlik Şurasının katibliyinin yaydığı açıqlamada məlumat verilib. Məlumata görə, yeni yaradılan Müdafiə Şurası xüsusilə İranın xarici təhdidlərdən müdafiəsi ilə bağlı məsələlərə nəzarət edəcək.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi Qərb ölkələrini terror qruplaşmalarına dəstək verdiklərinə görə məsuliyyətə cəlb etməyə çağırmışdı.
DOĞRU.AZ