İran Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi Yaxın Şərqdə yerləşən Amerika qoşunlarına sərt xəbərdarlıq edib.
Doğru.az xəbər verir ki, Əzizi sosial şəbəkələrdə ABŞ əsgərlərinə və Vaşinqtonun siyasi rəhbərliyinə ünvanlanan açıqlama paylaşıb. O, ABŞ-ni İran ərazisinə mümkün yeni hücumdan çəkinməyə çağırıb.
İranlı siyasətçi bildirib ki, Vaşinqton növbəti dəfə səhv hesablamaya yol verərsə, bunun nəticələri ağır olacaq. Əzizi paylaşımında belə yazıb:
“Ümid edirəm ki, ABŞ-nin dəli prezidentinin səhv hesablamalarına əməl edərək yenidən səhv etməzlər. Əks halda, bölgədəki Amerika əsgərləri artıq ailələri ilə vidalaşıblar”.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin “hər ehtimala qarşı” İrana doğru hərəkət etdiyini açıqlamışdı.
DOĞRU.AZ




























