image-2000x150px
image-03_8b5b6eab6ea25674970c26a740676072backend

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb 

image-728x90px

Yanvar ayının 21-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana və 250 ədəd “metadon M-40” psixotrop həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

DOĞRU.AZ
image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ