Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İranın İsrailə zərbə endirməsi uzun çəkə bilər.
Bu sözləri brifinqdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naeini deyib.
“Vaxt bizim tərəfimizdədir və cavab gözləmə müddəti uzun ola bilər”.
Bundan əvvəl ABŞ İrana İsrailə hücumun ciddi nəticələri barədə xəbərdarlıq etmişdi . Ağ Ev bildirib ki, Tehranın hücum üçün heç bir qanuni əsası yoxdur.
Mənbə TASS