image-2000x150px
image-123
image-ads_atlas
image-12715624_10207335942414408_8601538644021053342_n_650x410backend

İranın ölümlə hədələdiyi yazıçı ABŞ-da BIÇAQLANDI

image-728x90px

Nyu-Yorkda (ABŞ) Chautauqua İnstitutunda mühazirə zamanı naməlum şəxs əvvəllər İran rəsmiləri tərəfindən ölümlə hədələnən yazıçı Salman Rüşdiyə hücum edib.

Rüşdinin boyun nahiyəsindən bıçaqlandığı bildirilir. O, xəstəxanaya aparılıb və hazırda əməliyyat otağındadır.

Şahidlərin dediyinə görə, kişi 75 yaşlı hind əsilli yazıçının üstünə nitq söyləməzdən əvvəl qaçıb. Hücum edən şəxs saxlanılıb.

Polisin məlumatına görə, tədbirin moderatoru Henri Riz də yüngül kəllə-beyin travması alıb.

Qeyd edək ki, Rüşdi Britaniyaya köçməzdən əvvəl bəzi müsəlmanların fikrincə, küfr ehtiva edən “Şeytan ayələri” romanına görə qətllə hədələnib. 1988-ci ildə nəşr olunan roman bir sıra müsəlman ölkələrində qadağan edilib. İranın o zamankı ali lideri qətlə çağıran fətva, dini fərman elan edib.

Nəticədə Rüşdi uzun illər gizlənib. 1991-ci ildə romanın yapon tərcüməçisi Hitoşi İqaraşi öldürülüb. Tehran 1998-ci ildə bundan sonra fətvaya dəstək verməyəcəyini açıqlayıb və yazıçı son illər nisbətən açıq yaşayıb. Hazırkı Ayətullah Əli Xamenei 2017-ci ildə fətvanın qüvvədə qaldığını desə də, İran hökumətinə bağlı təşkilatlar Rüşdinin öldürülməsinə görə milyonlarla dollar mükafat toplayıblar.

Xatırladaq ki, 2016-cı ildən ABŞ-da yaşayan Salman Rüşdi 2010-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına iddialı idi.

Bundan əvvəl o, Britaniyada cəngavər rütbəsi almışdı ki, bu da İran və Pakistanda əks-səda doğurub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki