image-2000x150px
image-123
image-ads_atlas
image-ea5af8f7-080c-374f-93fb-5f04a8fa869a_850backend

İrəvan metrosunda bomba həyəcanı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

image-728x90px

Son günlər Ermənistanın paytaxtı İrəvanın metro stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi barədə yalan həyəcan siqnalları ilə əlaqədar polis bütün stansiyalarda gücləndirilmiş növbətçilik həyata keçirir.

Polis əməkdaşları ilə yanaşı, ölkənin milli təhlükəsizlik orqanlarının əməkdaşları da metro stansiyalarında qabaqlayıcı tədbirlər görür.

Qeyd edilir ki, xüsusilə son vaxtlar metro stansiyalarına partlayıcı qurğuların qoyulması ilə bağlı yanlış həyəcan siqnallarından sonra bu cür tədbirlər zəruri hesab edilir.

“Milli təhlükəsizlik orqanları mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, bu tədbirlər çərçivəsində İrəvan metrosunda üç dildə elan verilməsi nəzərdə tutulur”, – metropolitenin mətbuat katibi Tatev Xaçatryan bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki