image-2000x150px
image-123
image-ads_atlas
image-316694267_832973467786725_3181365075676587949_nbackend

İŞİD-in liderlərindən biri Tiflis hava limanında saxlanıldı

image-728x90px

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Tiflis hava limanında Əmir İsa kimi tanınan Tsiskara Toxosaşvilini saxlayıb.

Onu 10 ildən 17 ilə qədər həbs gözləyir. Toxosaşvili barəsində iş xarici terror təşkilatına qoşulma və terror fəaliyyətində iştirak faktı üzrə qaldırılıb.

İstintaqın məlumatına görə, 2015-ci ildə Toxoşaşvili Gürcüstanı tərk edərək İŞİD-ə qoşulub. O, təşkilatda nüfuzlu şəxsə çevrilir, terror fəaliyyətlərində fəal iştirak edir və bölmələrdən birinə rəhbərlik edir, İŞİD-in digər liderləri ilə sıx əlaqələr saxlayır.

“O, Suriya və İraqda terror fəaliyyətlərində, hərbi əməliyyatların aparılmasında fəal iştirak edib. Həmçinin, müəyyən müddət ərzində münaqişə zonasında terror təşkilatının bölmələrindən birinə rəhbərlik edib”, – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

Onun qardaşı Sezar Toxosaşvili artıq Gürcüstanda cəza çəkir. O, İŞİD-də Əl Bara Şişani kimi tanınır və ən yüksək vəzifələrdən birini tuturdu.

Sezar 2019-cu ilin noyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Gürcüstanın xüsusi xidmət orqanlarının dəstəyi ilə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Kivada saxlanılaraq sonradan Gürcüstana ekstradisiya edilib.

Toxoşaşvili qardaşları etnik çeçen-kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsindəki Omalo kəndindəndirlər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki